Xəzər dənizində canlıların kütləvi tələf olmasının səbəbi AÇIQLANDI - VİDEO
Xəzər dənizində kiçik balıqlarla yanaşı böyük balıqlar da ölür. Canlıların kütləvi tələfi Xəzərin bütün hövzələrində müşahidə edilir.
Qazaxıstanda xırda balıqların və xərçənglərin kütləvi tələf olmasından sonra aparılan araşdırma ilə müəyyən edilib ki, canlıların ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.
Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiyası şöbəsinin müdiri coğrafiya elmləri doktoru Səid Səfərov "Xəzər Xəbər"ə bildirib ki, zəhərli maddələrin suya atılması canlıların kütləvi məhvinə səbəb ola bilər.
Səid Səfərovun sözlərinə görə, dəniz canlılarının ölməsinin bir çox səbəbləri var. Dayaz yerlərdə temperatur həddindən artıq artdığı üçün oksigen çatışmazlığı ilə əlaqədar suda yaşayan canlılar tələf olurlar.
Qeyd edək ki, Xəzərdə canlıların kütləvi ölümü ilə bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada elmi araşdırmalar aparılır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...