Xaqani parkındakı qanun pozuntusu aradan qaldırıldı

Oktyabrın 14-də sosial şəbəkələrdə Bakı şəhərinin Səbail rayonunda bərpa işlərindən sonra istifadəyə verilən Xaqani parkı ərazisinin bir hissəsinin ictimai iaşə obyekti tərəfindən zəbt edilməsinə dair məlumat yayılıb.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, Komitə yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma monitorinqi çərçivəsində həyata keçirilən operativ əməliyyat tədbirləri nəticəsində zəbt olunmuş ictimai ərazinin boşaldılması və vətəndaşların istifadəsinə qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, həmçinin aidiyyəti orqanlara qanun pozuntusu barədə məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda meyitdən orqan transplantasiyası edilən ilk şəxslərdən biri DANIŞDI
22 yaşlı qadın meyitdən köçürülən qaraciyərlə yaşayır. Mənzər Şərifova Azərbaycanda meyitdən orqan transplantasiyası edilən ilk insanlardandır. BAKU.WS Xəzər TV...
