XƏBƏRDARLIQ: Koronavirusun əsas simptomları dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Son vaxtlar koronaviruslu xəstələrdə mədə-bağırsaq traktı ilə əlaqəli simptomlara daha tez-tez rast gəlinir.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı epidemioloq Xədicət Ömərova deyib:
“Koronavirus infeksiyası olan xəstələrdə edilən 35 araşdırmanın meta-analizinin nəticələrinə görə, mədə-bağırsaq traktının simptomlarının ümumi yayılması 15% təşkil edir və ən çox rast gəlinənləri ürəkbulanma, qusma, ishal və iştahsızlıqdır”.
Mütəxəssis vurğulayıb ki, koronaviruslu hər onuncu xəstədə heç bir əlavə simptom olmaya bilər.
Epidemiyanın ikinci dalğasında virusun mədə-bağırsağa təsiri daha tez-tez ortaya çıxmağa başlayıb, Ömərova bunun COVID-19 mutasiyalarından qaynaqlandığını qeyd edib.
Xəstəliyin fonunda sistemli iltihab və mikrosirkulyasiya pozğunluğu səbəbindən mədə-bağırsaq mukozasının keçiriciliyinin artması müşahidə olunur.
Alimlər mədə-bağırsaq traktının tənəffüs sistemi ilə birlikdə koronavirusun “giriş qapısı” kimi xidmət edə biləcəyi hipotezini nəzərdən keçirirlər.
Oxşar xəbərlər
Koronavirusun yeni simptomları
"Koronavirusun yeni ştammlarının ortaya çıxması səbəbindən onun klinik mənzərəsi daim dəyişir". BAKU.WS “milli.az”a istinadən xəbər verir ki, bu barədə rusiyalı...