XƏBƏRDARLIQ! Bu gündən başlayaraq...
Günəşdə bir neçə oblastda baş verən M sinif M 1.0 və M 2.7 alışmaları səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Lakin Yerə yönələn tac kütlə atımaları müşahidə ediməyib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş aktivliyi M (R1-R2 mülayim orta) və müəyyən ehtimalla X (R3-güclü) səviyyədə olacaq.
Qeyd olunub ki, 03-05 may tarixlərində aktivlik səviyyəsi azalacaq: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir. G2 geomaqnit qasırğa səviyyəsində olan geomaqnit sahəsindəki artım günortaya, saat 15.00 radələrinə kimi davam edəcək, qasırğa səviyyəsi G1 səviyyəsinə və daha sonra normal hala enəcək. Saat 15.00-dan sonra maqnit qasırğa aktivliyini göstərən əmsal normal fon səviyyəsində olacaq".
Oxşar xəbərlər
Növbəti 2 günlə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ
Dekabrın 16-17-də Günəş küləyinin təsiri ilə G3 səviyyəli (güclü) geomaqnit qasırğası baş verə bilər. Bu barədə BAKU.WS-ə Şamaxı Astrofizika Rəsədxanasından bil...