Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb
27
yan
2025
17:26
Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmana əsasən, hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.
Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Xarici Kəşfiyyat Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Fərman bu il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
İcbari sığorta ilə özəl klinikalara müraciət edənlər üçün YENİ XƏBƏR
İcbari tibbi sığorta çərçivəsində vətəndaşların özəl tibb müəssisələrinin xidmətlərindən istifadə imkanlarının gələcəkdə genişləndirilməsi nəzərdən keçirilir. İ...