Xankəndiyə güclü yağış və dolu yağıb
Bu gün Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb.
BAKU.WS xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb.
Şəhərin komunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb.
Bildirilib ki, bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərdə yeni tədris ilində məktəblərin sayı 52-yə çatdırılacaq
Azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatdırılacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzr...