Xankəndidə tibbi aksiya keçirilib

Xankəndidə tibbi aksiya keçirilib
Foto
Sosial 30

Xankəndi şəhərində əhali üçün səyyar tibbi aksiya təşkil olunub.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun keçirdiyi aksiya çərçivəsində ağciyər və tənəffüs sistemi ilə bağlı müxtəlif xəstəliklərin profilaktikası və erkən diaqnostikası məqsədilə müayinələr aparılıb.

Həkimlər sakinlərə fərdi konsultasiyalar və sağlam həyat tərzi ilə bağlı tövsiyələr veriblər.

Aksiyanın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sağlamlığının qorunması, profilaktik tibbi maarifləndirmənin gücləndirilməsi və ixtisaslı tibbi xidmətə çıxış imkanlarının artırılmasıdır.

Qeyd edək ki, bu kimi səyyar tibbi aksiyalar işğaldan azad olunmuş rayonlarda mütəmadi olaraq keçirilir.

Son xəbərlər