Xanağalı sakinlərini bezdirən problem niyə həll olunmur?
Bərdə rayonunun Xanağalı kənd sakinləri yol problemi ilə bağlı narazılıq edirlər.
Onların sözlərinə görə, bir müddət əvvəl kəndin yollarına asfalt örtüyü çəkilsə də, sonradan aidiyyəti qurumlar həmin asfaltı qaşıyaraq çıxarıb. Sakinlər bildirirlər ki, yolun təmir ediləcəyi və yenidən asfaltlanacağı vəd edilib.
Lakin aradan bir neçə ay keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir iş görülməyib. "Gəlib dedilər ki, asfalt çəkəcəyik.
Asfaltımızı qaşıdılar, bilmirik ki, hara müraciət edək", - deyə kənd sakinlərindən biri vəziyyətdən narazılığını ifadə edib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda Bakıda 17 bazar və yarmarka fəaliyyət göstərib. Bu göstərici əvvəlki illə müqayisədə bir va...