Xaçmazda restoranda qanunsuz saxlanılan heyvanlar xilas edilib
Yeniliklərdən dərhal xəbərdar olun
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən iaşə obyektlərindən birində araşdırma aparılıb.
Bu barədə BAKU.WS-ə İctimai Birlikdən məlumat verilib.
Araşdırma nəticəsində rayonun Müşkür kəndi ərazisində yerləşən "Çənlibel" restoranında qanunsuz olaraq bir sıra fauna növlərinin saxlanılması faktı aşkarlanıb.
Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən adı Qırmızı Kitabına salınmış 1 adi flaminqo (qızılqaz), 2 harayçı qu quşu və 3 şinşilla götürülüb. Xilas edilən heyvanların ilkin müayinəsi zamanı, təbii miqrasiya prosesinə mane olmaq məqsədilə flaminqo və harayçı qu quşlarının qanadlarının uclarının kəsildiyi faktı aşkarlanıb.
Hal-hazırda heyvanların klinik şəraitdə müayinə və reabilitasiyası davam etdirilir. IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...