Xaçmazda 700-ə yaxın abonent qazsız qalacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah saat 10:00-dan etibarən Xaçmaz rayonu "Ariz" yaşayış kompleksi, "Ariz" yaşayış kompleksi 2, Ş.Mehrəliyev, 9-cu Kvratal, Ş.Tarverdiyev, S.Ələsgər, A.Cəbrayılov və N.Nərimanovun bir hissəsi olmaqla ümumilikdə 664 abonentin qaz təchizatında fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Xaçmaz Xidmət Sahəsinin Qusarçay orta təzyiqli qaz kəmərinin şəhər istiqamətində ayrılan "d" qaz xəttinə balans ölçü qovşağının quraşdırılması ilə əlaqədardır.
Qaz təchizatı quraşdırma işləri başa çatdıqdan sonra bərpa ediləcək.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...