"WhatsApp" "iPhone"un bu modellərində işləməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"WhatsApp" "iPhone"un köhnə modellərinin sahiblərinə təsir edəcək ciddi dəyişikliklərə hazırlaşır.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "WABetaInfo" portalında xəbər verilib.
Bildirilib ki, mayın 5-dən etibarən "TestFlight"dakı 25.2.10.72 beta versiyası "iOS 15.1" və daha yeni versiyaları tələb edəcək. Bu o deməkdir ki, "iOS 14" və daha aşağı versiyalarda işləyən "iPhone 6", "iPhone 6 Plus", "iPhone 5s" və daha əvvəlki modellərin istifadəçiləri artıq "WhatsApp"dan istifadə edə bilməyəcəklər.
Bu qərar mesajlaşma tətbiqinin tərtibatçıları tərəfindən köhnə əməliyyat sistemlərinə dəstəyin dayandırılması ilə əlaqədardır.
Smartfonda əməliyyat sisteminin versiyasını "Parametrlər" - "Ümumi" - "Bu cihaz haqqında" bölməsində öyrənmək olar.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...