Vüsal Aslanov yeni deparament yaratdı - Rəis təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti ləğv edilib.
BAKU.WS "Qaynarinfo"a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.
QSC-nin sədrinin müvafiq əmri ilə sözügedən qurum iki yerə ayrılıb. Yerində "Bakı Metropoliteni" QSC-nin Mühafizə və Yanğın Təhlükəsizliyi departamentləri yaradılıb.
Vüsal Aslanovun əmri ilə Zamiq Quliyev sözügedən departamentə rəis təyin olunub.
Qeyd edək ki, sabiq QSC rəisi Zaur Hüseynovun müvafiq əmri ilə Mühafizə və Yanğın Təhlükəsizliyi Xidməti yaradılmışdı. Sözügedən xidmətin rəisi İnam Əzimov idi.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...