Vüqar Qurbanovdan yeni TƏYİNATLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunublar.
BAKU.WS xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Xəzər Tibb Mərkəzinə Mübariz Ağayev, Suraxanı Tibb Mərkəzinə isə Tərlan Bəbirov rəhbərlik edəcək.
Qeyd edək ki, Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək M.Ağayev ixtisasca pediatrdır və yeni təyinata qədər TƏBİB-də İxtisaslı tibbi xidmətin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək T.Bəbirov isə ixtisasca pediatrdır və yeni təyinatadək Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Qalereya
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...