Vilayət Eyvazovdan işdən çıxarılan generalın yerinə TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, artıq onun yerinə təyinat var. Belə ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə polkovnik Elçin Məmmədov bu vəzifəyə təsdiq edilib.
E.Məmmədov yeni təyinatadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin komandiri olub. O, Prezidentin sərəncamı ilə bu ilin martında “Vətən uğrunda” medalı ilə təltif edilib.
Oxşar xəbərlər
Bu gün İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür. BAKU.WS xəbər verir ki, 2020-ci il iyulun 12-16-da baş ver...