Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək
Sosial 1

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 7-də Quba Rayon Polis İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Son xəbərlər