Vətəndaşların NƏZƏRİNƏ: Pensiyalar tam ödənildi

Vətəndaşların NƏZƏRİNƏ: Pensiyalar tam ödənildi
Sosial 130

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiyalarının ödənişini tam yekunlaşdırıb.

BAKU.WS ƏƏSMN-in yaydığı məlumata istinadən xəbər verir ki, iyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər