Vətəndaşların NƏZƏRİNƏ: Bir şəhər və 30 kənddə qaz kəsiləcək

Vətəndaşların NƏZƏRİNƏ: Bir şəhər və 30 kənddə qaz kəsiləcək
Sosial 445

Bu gün Şəki rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Cəfərabad" QPS-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatana qədər "Cəfərabad" QPS-dən qidalanan "Şəki-Cəfərabad" qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla bir qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son xəbərlər