Vətən Müharibəsi Qəhrəmanının oğlu hərbi xidmətə yollanır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən Müharibəsi Qəhrəmanı Şəhid polkovnik-leytenant Faiq Qasımovun oğlu Zamin Qasımov hərbi xidmətə yollanır.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, Şəhid polkovnik-leytenant Faiq Qasımov həm də birinci Qarabağ döyüşlərində və aprel döyüşlərində iştirak edib. O, sentyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Faiq Qasımova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
F.Qasımov həmçinin ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...