Vərəm xəstəsi çətin durumda: "Dolanışığımı pensiya ilə təmin edirdim, beş ildir ki, kəsiblər"

Vərəm xəstəsi çətin durumda: Dolanışığımı pensiya ilə təmin edirdim, beş ildir ki, kəsiblər
Video
Sosial 34

Gəncənin Cavadxan qəsəbəsində yaşayan 47 yaşlı Əli Dünyamalıyev Baku TV-nin qaynar xəttinə müraciət edib.

O, vərəm xəstəliyindən əziyyət çəkdiyini və 5 ilə yaxındır pensiyasının kəsildiyini bildirərək aidiyyəti qurumdan kömək istəyir.

"Qapalı yerdə olanda nəfəsim çatmır, başım fırlanır, yıxılıram. Özümü pis hiss edirəm, gecələr yata bilmirəm. Nə vaxta kimi müalicə olunacağam?! Dolanışığımı pensiya ilə təmin edirdim. Neçə ildir normal işləyə bilmirəm", - deyə şikayətçi narazılığını dilə gətirib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin şöbə müdiri Tural Qurbanov bildirib ki, Əli Dünyamalıyevin əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 3 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma-88 göndərişi rəsmiləşdirilməyib:

"Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Əli Dünyamalıyevlə bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər".

Son xəbərlər