Vasif Talıbov qadın idmançıya ev hədiyyə etdi

Vasif Talıbov qadın idmançıya ev hədiyyə etdi
Sosial 1993

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Xatun” Bədii Gimnastika Klubunun baş məşqçisi, bədii gimnastika üzrə idman ustası Humay Qafarovaya yeni mənzil hədiyyə edib.

BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, V. Talıbov mənzilin açarının təqdimi zamanı deyib ki, muxtar respublikada qızların idmana cəlbinə xüsusi diqqət yetirilir. "Qadınların və qızların idman obyektlərindən istifadəsi üçün lazımi şərait yaradılıb, özəl fitnes mərkəzləri və müxtəlif idman klubları fəaliyyətə başlayıb. Qızların idmana cəlbində Humay Qafarovanın da xidmətləri var”. 

Humay Qafarova yeni mənzillə təmin olunduğuna görə V. Talıbova minnətdarlıq edib. O, qızların bədii gimnastikaya cəlbi və bu idman növünün muxtar respublikada inkişafı sahəsində səmərəli fəaliyyət göstərəcəyinə söz verib. 

Sonra Ali Məclisin sədri mənzilin orderini Humay Qafarovaya təqdim edib.

BAKU.WS

Oxşar xəbərlər

Vasif Talıbovun vitse prezident seçilməsi ilə bağlı Naxçıvandan AÇIQLAMA

Vasif Talıbovun vitse prezident seçilməsi ilə bağlı Naxçıvandan AÇIQLAMA

"Naxçıvan Respublikasının fövqəladə deyil, 5-ci sessiyası çağırılacaq. Ali Məclisin sədri Vasif Talıbovun vitse-prezident elan olunacağı xəbəri də bizim qəzetdə...

4279 Siyasət 15:44 23 fevral 2017

Son xəbərlər