Vasif Tağıyev ailə üzvləri ilə bir arada - FOTO

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumuda terrorçunu zərərsizləşdirən və bu zaman xəsarət alan Vasif Tağıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə paylaşım edib:
"Mənim qəhrəman balam Vasif, dayımın nəvəsi, səninlə qürur duyuram. Yaşadığın bütün sarsıntılar, həyəcanlar geriə qalsın. Sən ailəmizin fəxrisən. Allah yolunu açıq eləsin. Sağlam və xoşbəxt ol. Mərd balam, Allah səni və əzizlərini qorusun".
Qeyd edək ki, Vasif Tağıyev göstərdiyi şücaətə görə Prezident tərəfindən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bir qrup din xadimi İrandakı səfirliyimizdə törədilmiş terror aktı ilə bağlı etiraz bəyanatı qəbul ediblər
Azərbaycanın Tehrandakı Səfirliyinin binasında törədilmiş terror hadisəsi ilə əlaqədar olaraq Aran bölgəsindəki din xadimləri etiraz bəyanatı qəbul ediblər. BAK...
