Vaqif Əsədov "Ford"larla bağlı: "Bir qrup tələbə yığışıb gizli Bakıya gəlirlər"
Bakı-Sumqayıt yolunda baş vermiş hadisənin təkrarlanmaması üçün hər kəs məsuliyyətini dərk etməlidir.
Bunu "Report"a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
"Oradan bir qrup tələbə yığışıb gizli Bakıya gəlirlər, heç Bakı Beynəlxalq Avtovağzalına da daxil olmurlar, gizli şəkildə Bakıya çatırlar. Bu qarşılıqlı razılaşma yolu ilə aparılmalıdır. Belə ki, sürücü gizli şəkildə yaşayış evlərinin arasında durur telefon ilə zəng edir, 20 nəfər hazırlayırlar. Toplandıqları yeri öyrənirlər və tez partizan kimi çıxıb, onları təxminən 3-5 saniyə ərzində yığıb, hərəkətə başlayır. Biz artıq bunu müşahidə etmişik. Tələbə gizli razılaşma yolu ilə qeyri-qanuni fəaliyyət göstərən, texniki cəhətdən nasaz olan nəqliyyat vasitəsində oturur. Burada hərtərəfli düşünmək lazımdır. Bu, təkcə yol polisinin işi deyil, biz gündəlik nəzarət tədbirlərini həyata keçiririk. Bu xidmətin müsbət nəticələrinin olması ilə bağlı təbliğat aparılmalıdır. Digər qurumlar da bu işə cəlb olunmalıdırlar", - deyə V. Əsədov qeyd edib.
V. Əsədovun hesab edir ki, həmin ərazi bir də dərindən öyrənilməlidir: "Orada bu gün də iş aparılır. Bunların hər biri həyata keçirilir və birdən-birə bunları etmək də mümkün olmur".
BAKU.WS
Oxşar xəbərlər
İlin əvvəlindən Bakıda yol qəzalarında 27 nəfər ölüb
"İlin əvvəlindən bu günə qədər Bakı şəhərində 112 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə, 27 nəfər ölüb, 131 nəfər yaralanıb”. Bunu Bakı Şəhər Baş Polis...