Vaksinasiyadan imtina etmək olarmı? - AÇIQLAMA
"Hesab edirəm ki, sınaq dozalarına ehtiyac yoxdur. Bu vaksinlərin hamısı sınaqlardan keçib. Əvvəlcə heyvanlar, daha sonra könüllülər üzərində sınaqdan keçib. Bu vaksinin müxtəlif təsirləri müəyyən edilib".
BAKU.WS xəbər verir ki, bu sözləri Tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, virusdan əldə edilmiş antigen müasir üsullarla bədənə yeridilir ki, bədəndə antikorlar əmələ gəlsin: "Bu aktiv immunizasiyada orqanizm iştirak edir. Vaksinasiya koronavirusa yoluxma zəncirinin qırılmasında ciddi rol oynamalıdır. Amma vaksinasiya pandemiyanın bitməsi demək deyil.
Bu gün müşahidə olunan budur ki, real azalmalar var. Rəsmi rəqəmlər öz yerində, xəstəxanaya müraciətlərdən də görünür ki, azalma tendensiyası var. Əhalinin böyük bir hissəsi virusun sınağından keçib. Bəzi insanlar bunu klinik, bəziləri yüngül, bəziləri isə ağır keçiriblər.
Vaksinasiya ilk növbədə həkimlər, orta tibb işçiləri, xəstələrlə birbaşa kontaktda olan tibbi personal, 65 yaşdan yuxarı risk qrupuna daxil olan insanlar, ağır xəstəliyi olan şəxslər üçün nəzərdə tutulmalıdır. Bundan sonra xəstəliyi keçirməyənlər, immuniteti formalaşmayan və subklinik formada xəstəliyi keçirənlər vaksinasiyaya cəlb olunacaqlar.
Vaksinasiya ilə bağlı müxtəlif şayiələr yayılır. Bunların bəzisi bilərəkdən, bəziləri isə bilməyərəkdən baş verir. Vaksinasiyadan qətiyyən qorxmaq lazım deyil. Bu gün kütləvi uşaq tələfatına gətirib çıxaran qızılca, göy öskürək, skarlatina, difteriya və digər xəstəliklər vaksinasiya nətivəsində yoxa çıxıb.
Buna görə, vaksinlər qətiyyən qorxmaq lazım deyil. Bu zaman bədənə antigen yeridilir. Antigen bədəndə heç bir başqa proses törədə bilər. Yalnız allergiyası olan şəxslərdə müəyyən reaksiyalar törədə bilər. Əgər belə şəxslər varsa, onlarda əvvəlcədən müəyyən fon yaradılır və bundan sonra həmin şəxslər vaksinasiya olunur. Hər kəs vaksinasiya olunmalıdır".
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Azərbaycanda vaksinasiya pulsuz olacaq və strategiyada yer alan bütün risk qruplarına tətbiq ediləcək: “Koronavirus əleyhinə vaksinasiya könüllülük prinsipi əsasında aparılacaq. Peyvənddən imtina edənlərə yoluxduruculuq ehtimalının qaldığını inandıracağıq. Dünyanın bir sıra ölkəsi öz strategiyalarında peyvəndin məcburi olmasını əks etdirməyə çalışırlar. Azərbaycanda indiyədək vaksinasiya könüllülük əsasında aparılıb.
Ölkəmizdə planlı vaksinasiyadan yararlananların sayı kifayət qədər yüksəkdir. Biz inanırıq ki, insanları inandırmaqla, inamını qazanmaqla könüllülük əsasında böyük əhali qrupunun vaksinasiyadan keçməsinə nail olacağıq. İctimaiyyəti inandırmaq üçün ən şəffaf məlumatları paylaşmaq lazımdır. Həmin məlumatları vətəndaşlarla bölüşəcəyik".
Oxşar xəbərlər
Karantin davam etsə də, yoluxma rekord həddə çatıb - SƏBƏBLƏR
Azərbaycanda bu gün koronavirus (COVID-19) infeksiyasına 2239 yeni yoluxma faktı qeydə alınıb. BAKU.WS xəbər verir ki, mövcud rəqəmlər Azərbaycan ictimaiyyətind...