"iPhone"də "WhatsApp" işlədənlərin NƏZƏRİNƏ

"WhatsApp" messenceri iPhone istifadəçiləri üçün yeni dizaynın məhdud testinə başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə ixtisaslaşmış WABetaInfo portalı məlumat yayıb.
Məlumata görə, yenilənmiş interfeys tətbiqin 25.28.75 nömrəli versiyasını istifadə edən bəzi istifadəçilərdə aktivləşdirilib. Meta bu dəyişiklikləri hələ ki, rəsmi olaraq elan etməyib.
Yeniləmənin əsas diqqətçəkən elementi aşağı naviqasiya panelidir. Panel Liquid Glass (maye şüşə) üslubunda hazırlanıb və yarımşəffaf vizual effekti ilə iOS-in müasir dizayn tələblərinə uyğunlaşdırılıb.
WABetaInfo-nun bildirdiyinə görə, yeni interfeys server tərəfində aktivləşdirilir, bu isə o deməkdir ki, eyni versiyanı istifadə edən hər kəs hələ ki, yenilənmiş görünüşə keçid əldə etməyib. Bu, funksiyanın mərhələli şəkildə sınaqdan keçirildiyini və seçilmiş istifadəçilər üzərində test edildiyini göstərir.
Maraqlıdır ki, iOS 26 üslubunda bənzər dizayn yeniliyi yaxın vaxtlarda Telegram messencerində də gözlənilir - bu barədə artıq beta versiyada müəyyən elementlər mövcuddur.

Oxşar xəbərlər
Meyve dietası ilə 20 kiloya düşən sosial media fenomeni həyatını itirdi
Polonyalı sosial media fenomeni Karolina Krzyzak uzun müddət yalnız çiğ meyvə ilə qidalanaraq 20 kiloya qədər düşdükdən sonra Balidə otel otağında vəfat edib. 2...
