Azərbaycanda əməkhaqqı rejimi dəyişir

"Azərbaycanda saatlıq əməkhaqqı rejiminə keçid istisna deyil".
Bunu BAKU.WS-ə açıqlamasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, saatlıq minimum əməkhaqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur:

"Nəzərə alsaq ki Azərbaycanda bununla bağlı xeyli vaxtdır müzakirələr gedir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də bu praktikanın araşdırılması və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdi. Saatlıq minimum əməkhaqqının tətbiq edilməsi vətəndaşlarımız üçün bir neçə yerdə işləmək baxımdan vacibdir. Bu vətəndaşlarımızın bir neçə yerdə çaışmasına və daha yüksək əməkhaqqı almasına gətirib çıxara bilər. Çünki nəticə etibarı ilə saatlıq minimum əməkhaqqını tətbiq edən başqa ölkələrin praktikası göstərir ki, bu, işləyən vətəndaşların əməkhaqqlarının artmasına təsir göstərir. Xüsusən də əmək müqaviləsi ilə çalışan vətəndaşların əməkhaqqlarına təsir göstərir".
Deputat deyir ki,bu həm də həftəsonu və işdən sonra, bayram günü işləyən vətəndaşların daha yüksək tarifli gəlir qazanmasına gətirib çıxaracaq.
"Eyni zamanda işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Nəticə etibarı ilə bu artıq hər saata görə əməkhaqqı ödənilməsi anlamına gəlir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi mexanizmi uyğun olar. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması ondan xəbər verir ki, Azərbaycanda da saatlıq iş rejiminə keçilməsi istisna deyil".
Banu Hüseynli
Oxşar xəbərlər
İşdən qanunsuz çıxarılan 56 nəfər əvvəlki işlərinə bərpa etdirilib
Bu ilin 9 ayında işəgötürənlər sosial xarakterli ödənişlər olan 380 min 800 manat vəsaitin işçilərə ödənilməsini gecikdirib. BAKU.WS xəbər verir ki, bu barədə Ə...
