456 nəfər Niki Minajın ABŞ-dən deportasiya edilməsini istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nikki Minaj ABŞ-dən deportasiya edilə bilər.
BAKU.WS xəbər verir ki, onun deportasiya edilməsi ilə bağlı pestisiya da yaradılıb.
Bu barədə məlumat "Petisiya change.org" saytında dərc edilib.
Petisiyanın müəllifləri onun vətəni Trinidada deportasiya edilməsini istəyirlər. Minaj ABŞ qanunlarını və xalqın əxlaqını pozduğu üçün deportasiya edilir.
"Onun nalayiq davranışları günahsız amerikalı ailələri onu izləməyə vadar edir. Bu da onların həyatlarını məhv edir" deyə müəlliflər qeyd edirlər.
Nəşrdə o da qeyd edilib ki, Minajın əri Kennet Petti cinsi zorakılığa görə məhkum edilib. İddia olunur ki, müğənni ərinin qurbanlarını da hədələyir.
"Bu, təkcə şəxsi deyil, ictimaiyyəti narahat edən məsələdir. Nikki Minajın nüfuzlu statusu ona qanunları və əxlaq normalarını pozmaq hüququ vermir. Onun hərəkətləri göstərdi ki, o, bütövlükdə cəmiyyət üçün təhlükə yaradır", - deyə petisiyada qeyd edilir.
Hazırda petisiyanı 456 nəfər imzalayıb.
Xatırladaq ki, Niki Minaj daha əvvəl köməkçisini döyməkdə ittiham olunub.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...