Savaşın taleyini müəyyənləşdirən Hadrut əməliyyatı - Düşmənə gözlənilməz zərbə
Azərbaycanın hərb tarixində dönüş yaradan əməliyyatlardan biri - Hadrutun azad edilməsi sırf taktiki qələbə deyildi. Burada əldə olunan üstünlük cənubdan Qarabağın mərkəzinə irəliləmə xəttini müəyyən etdi. Düşmən hücumu başqa istiqamətlərdən gözlədiyi üçün məhz Hadrutun azad edilməsi erməni tərəfinə ciddi psixoloji sarsıntı yaşatdı.
Cəbrayıldan Hadruta qədər uzanan bu əməliyyat yalnız cənub cəbhəsinin deyil, bütövlükdə Vətən müharibəsinin taleyini müəyyən etdi. Beş il öncə Ordumuzun dəqiq kəşfiyyat fəaliyyəti, sinxron atəş və mükəmməl koordinasiya ilə həyata keçirdiyi plan düşmənin illərlə qurduğu müdafiə sistemini darmadağın etdi və qələbəyə aparan yolun qapısını açdı. Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı həyata keçirdiyi Hadrut əməliyyatı barədə bu və digər məlumatlar Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında:
Oxşar xəbərlər
Kayrat Sarıbay Hikmət Hacıyev ilə görüşdə Azərbaycanın AQEM-də liderliyini yüksək qiymətləndirib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Asiyada Qarşılıqlı Fəaliyyət v...