Vaksinasiya pulsuz olacaqmı? - RƏSMİ CAVAB

Vaksinasiya pulsuz olacaqmı? - RƏSMİ CAVAB
Sosial 695

"Hazırda ölkədə vaksinasiya strategiyası hazırdır və bu günlərdə hökumət tərəfindən qərar qəbul olunacaq".

BAKU.WS xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, strategiya ilə bağlı tam ətraflı növbəti brifinqdə məlumat veriləcək: "Bu gün onu deyə bilərəm ki, Azərbaycanda vaksinasiya pulsuz olacaq. Artıq risk qrupları müəyyənləşib. İlk növbədə onların vaksinasiyası həyata keçiriləcək".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər