Üzünüzdə bu dəyişiklər varsa, DİQQƏTLİ OLUN!
Üzdə yaranan bəzi dəyişikliklər çox vaxt sadəcə kosmetik problem kimi qəbul edilsə də, mütəxəssislər xəbərdarlıq edir ki, bu əlamətlər ciddi xəstəliklərin ilkin siqnalları ola bilər.
BAKU.WS həkimlərin ən çox rast gəlinən üz dəyişiklikləri və onların göstərdiyi xəstəliklərlə bağlı açıqlamalarını təqdim edir.
Göz ağlarının saralması – Qaraciyər xəstəlikləri
Hepatit, qaraciyər sirrozu və öd yollarında tıxanma nəticəsində qan zərdabında bilirubin yüksəlir və bu, göz ağlarının saralması ilə özünü göstərir. Mütəxəssislər bu əlamətin dərhal həkim müayinəsi tələb etdiyini bildirirlər.
Dodaqlarda göyərmə – Ürək və ağciyər problemləri
Dodaq və dırnaq ətrafında mavi rəng dəyişməsi qanda oksigen səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Bu, astma, ağciyər xəstəlikləri və ürək çatışmazlığının əlaməti ola bilər.
Göz altı qaranlıqlar və şişlik – Böyrək və allergiya problemləri
Gözdə şişkinlik, maye tutulması və qaranlıq halqalar bəzən böyrək funksiyalarının zəifləməsini göstərə bilər. Bu hal allergik reaksiyalarda da tez-tez müşahidə olunur.
Dəridə solğunluq – Qan azlığı və vitamin çatışmazlığı
Ağ, solğun dəri və dodaqlar çox vaxt dəmir çatışmazlığı, B12 vitamini azlığı ilə əlaqələndirilir. Qan azlığının ilkin əlaməti olaraq üzün rəngi tez nəzərə çarpır.
Dodaqlarda quruluq və çatlama – Su çatışmazlığı və hormon pozğunluğu
Gün ərzində su qəbulunun az olması, həmçinin qalxanabənzər vəz xəstəlikləri dodaqlarda davamlı quruluğa səbəb ola bilər.
Dəridə ləkələr və tündləşmə – Diabet və hormon problemləri
Boyun və üzdə tünd ləkələr (xüsusən də "akantoz nigrikans") insulin müqaviməti və şəkərli diabet riskini artıran əlamətlərdən sayılır.
Üz tüklənməsinin artması – Hormon pozğunluğu və PKOS
Qadınlarda birdən-birə artan tüklənmə çox zaman polikistoz yumurtalıq sindromu və digər hormonal disbalanslara işarə edir.
Həkimlər vətəndaşlara xəbərdarlıq edir ki, üzdə uzunmüddətli və izah olunmayan dəyişikliklər yarandıqda özbaşına müalicədən çəkinmək və vaxtında mütəxəssisə müraciət etmək vacibdir.
Oxşar xəbərlər
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsini yekunlaşdırmaq üzrədir. BAKU.WS bu barədə age...