Uzunömürlülərin neçə dişi olur?

Uzunömürlülərin neçə dişi olur?
Sosial 138

Alimlər müəyyən ediblər ki, ağız boşluğunun sağlamlığı təkcə gözəl təbəssüm deyil, həm də uzunömürlülüklə birbaşa əlaqəlidir. Böyük epidemioloji araşdırmalar göstərir ki, yaşlı dövrdə daha çox öz dişini qoruyub saxlayan insanlar həm daha sağlam qocalır, həm də daha uzun yaşayır.

BAKU.WS xəbər verir ki, 2022-ci ildə yapon alimlərin apardığı tədqiqata görə, kritik hədd 20 dişdir. Əgər yaşlı insanda ən azı 20 təbii diş qalırsa, sağlam və aktiv qocalma ehtimalı artır. Oxşar nəticəyə amerikalı tədqiqatçılar da gəliblər.

Mütəxəssislər bildirirlər ki, dişlərin itirilməsi çeynəmə funksiyasını zəiflədir, nəticədə zülal və vitamin qəbulu azalır. Bu isə əzələ zəifliyi və yaşla bağlı əzələ itkisini sürətləndirir. Bundan əlavə, diş əti xəstəlikləri xroniki iltihab yaradaraq orqanizmin daha sürətli qocalmasına səbəb ola bilər.

Araşdırmalara görə, ağız boşluğunun pis vəziyyəti sosial təcrid və depressiya riskini də artırır. Həkimlər dişləri gündə iki dəfə təmizləməyi, diş aralarını xüsusi vasitələrlə qulluq etməyi və ildə ən azı iki dəfə stomatoloqa müraciət etməyi tövsiyə edirlər.

Son xəbərlər