Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər.
BAKU.WS xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Stanford Universitetinin alimləri ksantelazma diaqnozu qoyulmuş 17 925 nəfərin sağlamlıq məlumatlarını bu əlaməti olmayan şəxslərlə müqayisə ediblər. Nəticələrə görə, ksantelazması olanlarda infarkt riski 1 faiz, nəzarət qrupunda isə 0,35 faiz təşkil edib.
İlk il ərzində insult və keçici işemik tutma riski də ksantelazması olan şəxslərdə daha yüksək olub. Beş və 10 illik müşahidələrdə fərq azalsa da, riskin yüksək olaraq qaldığı bildirilib.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də qanda xolesterin və digər yağların səviyyəsi normal olan ksantelazmalı şəxslərdə belə ürək-damar riskinin yüksək olmasıdır.
Mütəxəssislər göz ətrafındakı bu ləkələrin yalnız estetik problem kimi qiymətləndirilməməsini və onların aşkarlandığı halda ürək-damar risk faktorlarının yoxlanılmasını tövsiyə edirlər.
Oxşar xəbərlər
Xalq artisti Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab ol...