"Ustalarda qalmışıq, pul çatdıra bilmirik, gənclər kəndi tərk edirlər" - Oğuz sakinlərinin yol problemi
Oğuz rayonunun Sincan kənd sakinləri yol problemindən əziyyət çəkirlər.
Vətəndaşlar çətinliklə üz-üzə qaldıqlarını və gənclərin kəndi tərk etdiklərini bildirirlər.
"Yollara baxan yoxdur. Gənclər buradakı şəraitsizliyə dözmür, kəndi tərk edirlər", - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə vurğulayıb: "Yollarımız bərbad gündədir. Maşınımı ayda ən azı 2-3 dəfə ustaya aparıram. Yola bir az daş, çınqıl töksələr, bizim də canımız rahat olar".
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Baku TV-yə bildirilib ki, Sincan kəndinə gedən yolun yenidən qurulması diqqət mərkəzindədir.
Qurumdan verilən məlumata görə, bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub və kənd yolunun yenidən qurulması İnvestisiya Proqramına daxil edilib: "İnvestisiya Proqramı çərçivəsində maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrıldıqdan sonra sözügedən yolda əsaslı yenidənqurma işləri agentlik tərəfindən həyata keçiriləcək".
Oxşar xəbərlər
Regionlarda intensiv yağış yağıb, Bakıda və Abşeronda külək əsir - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ay...