ÜST koronavirusa görə Azərbaycana yeni tövsiyə verdi

ÜST koronavirusa görə Azərbaycana yeni tövsiyə verdi
Sosial 894

“Yeni virus olduğundan biz də bir çox şeylər öyrənirik. Xəstəliyin və aşkar olunan ölkələrin sayı çoxaldığından pandemiya hesab edildi. Biz profilaktik tədbirləri bu gün də davam etdiririk".

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi, missiyanın rəhbəri Karolin Braun deyib.

Onun sözlərinə görə, COVID-19-u pandemiya elan etdikdən sonra ölkələr çağırış edildi ki, bütün cəhdlərini səfərbər etsinlər: "Azərbaycana da müraciət edərək virusun erkən araşdırılması məsələsinə önəm vermələrini tövsiyə edirik. Səhiyyə orqanları ilə görüşümüzdə əsas diqqət yetirilməli olan məsələləri müzakirə etmişik".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər