Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs polisə gətirildi

Uşaqları “otlamağa məcbur edib” videoya çəkən şəxs polisə gətirildi
Sosial 615

Azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və videoya çəkərək sosial şəbəkədə paylaşan şəxs cərimə olunub.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Şamaxı rayon sakininin polis şöbəsinə gətirildiyini bildirib:

"Əhalinin çaşqınlığına səbəb olan məlumatlar, videogörüntülər daim diqqət mərkəzindədir. Uşaqlarla bağlı görüntü sosial şəbəkədə yayılan kimi dərhal tədbirlər görüldü. Məlum oldu ki, bu adam Şamaxı rayon sakini İkram Xudiyevdir. Uşağın biri onun öz övladı, biri isə qohumunun uşağıdır.

İ.Xudiyev dərhal polis şöbəsinə gətirilib, izahatı alınıb. İ.Xudiyev etiraf etdi ki, guya videonu zarafatla çəkib. Ancaq buna baxmayaraq, o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub”.

Qeyd edək ki, sosial şəbəkədə azyaşlı uşaqlarla bağlı videogörüntü paylaşılıb. Həmin görüntüdə ata pay torpağı olanlara yardım verilməməsinə işarə edərək uşaqlarını həyətyanı sahədə “otlamağa” məcbur edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər