Uşaqlar üçün 44 manat müavinəti bu yolla almaq mümkündür - VİDEO
30
noy
2021
11:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda yeni doğulan uşağa 3 yaşa qədər qulluğa görə müavinət verilir. Verilən məbləğ uşağın 1,5 yaşa qədər 44 AZN, 1,5-dən 3 yaşa qədər isə 28 manat təşkil edir.
BAKU.WS xəbər verir ki, müavinəti əldə etmək üçün valideynin işləməsi şərtdir. Valideynlər müavinəti uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olduqları dövr üçün əldə edə bilərlər.
DSMF-nin Departament rəhbəri Rəşad Mehdili AZTV-yə bildirib ki, bu pulu almaq üçün işləyən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxmaqla bağlı işlədiyi quruma müraciət etməlidir.
Oxşar xəbərlər
Sabahdan Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar DƏYİŞƏCƏK
Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tə...