Uşaqların tənbəl olması niyə faydalı sayılır?

Uşaqların tənbəl olması niyə faydalı sayılır?
Sosial 62

Mütəxəssislər bildirir ki, uşaqların heç nə etmədiyi, "darıxdığı" və ya sadəcə boş vaxt keçirdiyi anlar əslində beyin inkişafı üçün vacib mərhələdir.

BAKU.WS xəbər verir ki, psixoloqların izahına görə, insan heç nə ilə məşğul olmadıqda beyin tam dayanmır, əksinə aktiv işləməyə başlayır. Bu zaman default mode network adlanan sistem işə düşür və yaddaşın emalı, planlama və yaradıcılıq proseslərini gücləndirir.

Araşdırmalara əsasən, uşaqlar monoton və stimulsuz vəziyyətdə olduqda beyin yeni əlaqələr qurur, ideyaları birləşdirir və yaradıcılıq qabiliyyəti artır. Bu səbəbdən mütəxəssislər "darıxmağın" boş vaxt yox, inkişaf mərhələsi olduğunu bildirir.

Ekspertlər qeyd edir ki, gün ərzində həddindən artıq dərs və məşğuliyyət uşaqlarda yorğunluq və motivasiya azalmasına səbəb ola bilər. Halbuki planlaşdırılmamış sərbəst vaxt beyin üçün "bərpa dövrü" rolunu oynayır.

Psixoloqlar həmçinin vurğulayır ki, real istirahət sosial şəbəkələr və telefon istifadəsi deyil. Əsl istirahət stimulsuz, sakit və sərbəst düşünmə anlarıdır.

Mütəxəssislərə görə, uşağın darıxması hər zaman problem deyil. Əksinə, bu vəziyyət düzgün idarə olunarsa, yaradıcılığın və düşünmə qabiliyyətinin inkişafına töhfə verə bilər.

Son xəbərlər