Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ

Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ
Sosial 20

"Sosial şəbəkələrdə paytaxtın Yasamal rayonundakı 98 saylı uşaq bağçasına cəlb olunmuş azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb".

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunublar, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb:

"Faktın bütün təfərrüatı ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə komitə tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.

​Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən, qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcəkdir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər