Ünvanlı sosial yardımı necə almaq olar? - QAYDALAR - VİDEO

Ünvanlı sosial yardımı necə almaq olar? - QAYDALAR - VİDEO
Video
Sosial 3127

Ünvanlı dövlət sosial yardımı - aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.

BAKU.WS xəbər verir ki, ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

Qeyd edək ki, ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.

2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat təşkil edir.

Son xəbərlər