Universitetlərə qəbulda keçid balları artacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Hər il ali məktəblərə qəbul imtahanları üzrə keçid ballarında dəyişikliklər olur. Ballar ya azalır, ya da artır. Bəs bu illə bağlı proqnozlar necədir, ciddi dəyişikliklər gözlənilirmi?
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli mövzunu şərh edib. Bildirib ki, yerlərin sayının artırılması nəzərdə tutulsa da, bu il keçiriləcək qəbul imtahanlarında balların enməsi gözlənilmir.
Onun sözlərinə görə, 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır. Ötən ilin statistikasına nəzər saldıqda bu il qəbul yerlərinin sayının 5-8 min arası artacağı proqnozlaşdırılır.
Təhsil üzrə mütəxəssis vurğulayıb ki, keçid balları enməsə də, qəbul suallarının ötən illərə nisbətən asan salınacağı gözlənilir. Bu səbəbdən də qəbul faizi yüksək ola bilər.
Oxşar xəbərlər
Bakıda vəzifəli şəxs işdən azad edildi
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Adil oğlu Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. BAKU.WS AP...