Ümumdünya Autizm Maarifləndirmə günüdür
Martın 27-dən aprelin 2-dək qeyd olunan Ümumdünya Autizm Maarifləndirmə Həftəsi çərçivəsində aprel ayı dünya üzrə autizm mövzusuna diqqətin artırılmasına həsr edilir.
BAKU.WS xəbər verir ki, autizm sinir sisteminin inkişafındakı pozuntular nəticəsində yaranır və əsasən erkən yaş dövründə, xüsusilə 3 yaşadək uşaqlarda müşahidə olunur.
Mütəxəssislərin sözlərinə görə, bu vəziyyətə sosial ünsiyyətin zəifliyi, kommunikasiya marağının məhdud olması və təkrarlanan davranışlar əsasında diaqnoz qoyulur. Autizm beynin inkişafına təsir göstərərək davranış və nitqdə fərqliliklər yaradır.
Qeyd olunur ki, autizm qlobal səviyyədə geniş yayılıb və dünya əhalisinin təxminən 1 faizi, yəni 70 milyona yaxın insan bu vəziyyətdən əziyyət çəkir. Əlamətlər adətən 2-3 yaşdan etibarən üzə çıxsa da, dəqiq diaqnoz daha çox 3 yaşda qoyulur. Valideynlərin ilkin əlamətləri erkən mərhələdə müşahidə etməsi vacib hesab olunur.
Autizmin müxtəlif formaları mövcuddur. Bunlara Asperger sindromu, atipik autizm və erkən uşaqlıq autizmi daxildir. Xüsusilə uşaqlarda inkişaf ləngiməsi, stereotip hərəkətlər və ünsiyyət çətinlikləri geniş yayılmış əlamətlər sırasındadır.
Xəstəliyin yaranma səbəbləri tam müəyyənləşdirilməsə də, əvvəlki illərdə səsləndirilən bəzi iddialar – valideyn diqqətsizliyi və ya peyvəndlə əlaqə – elmi araşdırmalarla təsdiqlənməyib. Bəzi hallarda irsi amillər rol oynaya bilər, lakin bu da geniş yayılmış faktor hesab olunmur.
Mütəxəssislər bildirir ki, autizmin dərəcəsindən asılı olaraq bir çox insan uyğun dəstək və təhsil ilə normal və məhsuldar həyat sürə bilir.
Oxşar xəbərlər
İşdən çıxan 57 yaşlı prokuror vəfat etdi
Uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış 57 yaşlı İlqar Orucov vəfat edib. BAKU.WS News24.az-a istinadla xəbər verir ki, o, onkoloji xəst...