Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır - RƏSMİ AÇIQLAMA
Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
Bunu BAKU.WS-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib.
Onun sözlərinə görə, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.
Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.
Oxşar xəbərlər
AZAL bu şəhərlərə uçuşları müvəqqəti olaraq dayandırır - RƏSMİ
Nazirlər Kabineti yanında Operativ Qərargah yeni məlumat yayıb. Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlo...