30 uşaq Ukraynadan Azərbaycana gətirildi

30 uşaq Ukraynadan Azərbaycana gətirildi
Sosial 91

Ukraynadakı müharibədən əziyyət çəkən daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.

BAKU.WS xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Azərbaycana gətirilən Ukraynalı uşaqlar üçün Bakıda yerləşən düşərgədə milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək.

Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

Növbəti günlərdə onların Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur.

Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək.

10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.

Qeyd edək ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.

Oxşar xəbərlər

"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb

"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Süni intellektin mediada tətbiq...

11 Sosial 19:57 27 oktyabr 2025

Son xəbərlər