"Uçan taksi"nin sürücüsü xəstəxanadan evə buraxıldı
Bakıda körpüdən uçaraq qəza törədən taksi sürücüsü öz istəyilə tibb müəssisəsindən buraxılıb.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-u saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü şəxs öz istəyilə tibb müəssisəsindən buraxılıb.
Məlumata görə, aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.
Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb.
Oxşar xəbərlər
Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonunda Bakıda 17 bazar və yarmarka fəaliyyət göstərib. Bu göstərici əvvəlki illə müqayisədə bir va...