Türkiyəyə səfər edən şəxslərin DİQQƏTİNƏ: Mənfi test analizinin nəticələrini təqdim etməlisiniz

Türkiyəyə səfər edən şəxslərin DİQQƏTİNƏ: Mənfi test analizinin nəticələrini təqdim etməlisiniz
Sosial 466

Türkiyə rəsmilərinin yeni qərarına əsasən, 28 dekabrdan hava yolları vasitəsilə ölkə ərazisinə daxil olan şəxslərdən koronavirusa yoluxmadıqlarını təsdiq edən neqativ test sənədi tələb olunacaq.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qoca açıqlama verib.

“Türkiyəyə 28 dekabrdan təyyarə ilə, 30 dekabrdan isə quru yolu nəqliyyatı ilə gələn bütün sərnişinlər 72 saat əvvəl edilən mənfi koronavirus testinin sənədini təqdim etməlidirlər. Əks təqdirdə onların Türkiyəyə girişlərinə icazə verilməyəcək”, - deyə Türkiyə Səhiyyə Nazirliyinin göstərişində qeyd olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər