Türkiyəli yazarlar Gəncədə erməni terroru nəticəsində dağıdılan evlərə baş çəkiblər - VİDEO

Türkiyəli yazarlar Gəncədə erməni terroru nəticəsində dağıdılan evlərə baş çəkiblər - VİDEO
Video
Sosial 134

Türkiyənin tanınmış media mənsubları Gəncə şəhərində erməni terroru nəticəsində dağıdılan evlərə baş çəkiblər.

Baku TV xəbər verir ki, mətbuat nümayəndələrinə hadisə barədə ətraflı məlumat verilib, öldürülən günahsız insanların mülki vətəndaşlar olduğu diqqətə çatdırılıb.

Türkiyə mediasının təmsil edən rəsmilər bildirib ki, münaqişə başlayan gündən indiki dövrədək bütün prosseslər ciddi izlənilir. Mətbuat nümayəndələri raket zərbələrinin düşdüyü digər ərazilərdə də olublar. Burada da vətəndaşlarla görüşlər keçirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər