Türkiyədə ilk yerli avtomobil təqdim olundu - VİDEO/FOTO
27
dek
2019
19:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk yerli avtomobilin təqdimat mərasimində iştirak edib.
BAKU.WS-in məlumatına görə, SUV C seqmentli elektrokrossover və sedan tipli elektromobilin təqdimatı İstanbul yaxınlığındakı Gebze rayonunda baş tutub.
Elektromobillərin Bursa vilayətində istehsal olunacağı planlaşdırılır. Hazırda avtomobil zavodunun tikintisi davam edir.
Qeyd olunur ki, zavodun tikintisinin 2021-ci ildə başa çatacağı gözlənilir.
Zavod işə başladıqdan sonra ildə 175 min elektromobil istehsalı nəzərdə tutulur.
Qalereya
Oxşar xəbərlər
İlon Mask yeni elektopikapı ilə Los-Anceles küçələrini gəzib - FOTO
İlon Mask Qrayms təxəllüsü ilə məşhur olan müğənni Kler Elis Buşe ilə birlikdə “Tesla” kompaniyasının məhsulu olan elektrik mühərrikli “Tesla Cybertruck” pikapl...