Azərbaycan məşhur brend avtomobilləri istehsal edəcək - QİYMƏTLƏR
09
sen
2018
13:22
Azərbaycan-İran avtomobil zavodu “Xəzər” gələn ildən Rusiya və digər ölkələrə avtomobil ixracına başlamağı planlaşdırır.Bu barədə Trend-ə zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətinindən bildiriblər.Şirkətdə qeyd ediblər ki, hal-hazırda bu ölkələrin bazarlarına avtomobil tədarükü üzrə fəal danışıqlar aparılır: “Ümumilikdə, istehsal olunan avtomobillərin 20 faizini xarici bazarlara tədarük etmək planlaşdırılır. Hal-hazırda zavodda “Khazar LD” və “Khazar SD” modelləri istehsal olunur”.Həmçinin bildirilib ki, yaxın perspektivdə qiyməti 18-21 min manat olacaq “Renault” və Peugeot” brendləri altında avtomobil istehsalının təşkil olunması planlaşdırılır: “Zavodda bu gün istehsal olunan avtomobillərin dəyəri 14-16 min manatdır”.Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan gələn ildən avtomobil ixracına başlayacaq – FOTO
2019-cu ildə Azərbaycan-İran avtomobil zavodu "Xəzər" Rusiyaya və digər MDB ölkələrinə ixraca başlamağı planlaşdırır.BAKU.WS xəbər verir ki, bunu Trend-ə "Moskv...