Azərbaycan gələn ildən avtomobil ixracına başlayacaq – FOTO
30
avq
2018
16:34
2019-cu ildə Azərbaycan-İran avtomobil zavodu "Xəzər" Rusiyaya və digər MDB ölkələrinə ixraca başlamağı planlaşdırır.BAKU.WS xəbər verir ki, bunu Trend-ə "Moskva Beynəlxalq Avtomobil salonu" sərgisində zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətinin rəsmi nümayəndəsi Veronika Allahverdiyeva deyib.Azərbaycan istehsallı "Xəzər avtomobilləri sərgidə nümayiş etdirilir.V.Allahverdiyeva bildirib ki, sərgidə "Khazar LD" və "Khazar SD" modelləri təqdim edilir.O qeyd edib ki, indiyədək zavodda 300-dən çox avtomobil buraxılıb: "Hazırda avtomobil ehtiyat hissələri İranda istehsal olunur, lakin gələcəkdə istehsalatı Azərbaycanda təşkil etməyi planlaşdırırıq".Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan avtomobillərinin satışına başlanıldı - QİYMƏTLƏR
Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq.BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclas...