“Khazar” avtomobilləri sınaqdan keçirildi - FOTO
09
iyn
2018
16:12
Azərbaycan İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Neftçala Sənaye Məhəlləsində yerləşən “Khazar” Avtomobil Zavoduna media-tur təşkil edilib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, media-tur çərçivəsində zavodda istehsal olunan avtomobillər haqqında məlumat verilib.Səfər zamanı Nazirlik avtomobillərini test edib. İqtisadiyyat Nazirliyi adından sükan arxasına keçən qurumun mətbuat xidmətinin rəhbəri Abbas Əliyev yeni “Khazar” avtomobilinin funksional və rahat idarəedilən olduğunu qeyd edib.A.Əliyevin sözlərinə görə, yeni avtomobil kifayət qədər komfortludur və müxtəlif yol şəraitində sınaqlardan uğurla çıxa bilər.Qeyd edək ki, martın 29-da Azərbaycan və İran prezidentlərinin açılışının etdiyi zavod "Azərmaş” ASC və “İran Khodro” şirkətləri birgə yaradıb. Zavodun ümumi dəyəri 15 mln. dollarıdır və səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda istehsal olunan avtomobillər satışa çıxır - 18 min AZN (FOTO)
Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan “Khazar” avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.Trend-in məlumat...