Azərbaycanda istehsal olunan avtomobillər satışa çıxır - 18 min AZN (FOTO)

Azərbaycanda istehsal olunan avtomobillər satışa çıxır - 18 min AZN (FOTO)
Sosial 11621
Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan “Khazar” avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.Trend-in məlumatına görə, bunu zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.O bildirib ki, ilk sifarişçilər dövlət strukturları – İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə “Khazar SD” və “Khazar LD” modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.“Khazar SD”-nin satış qiyməti 16 min manat, “Khazar LD”-nin satış qiyməti 18 min manat təşkil edəcək.O əlavə edib ki, avtomobilləri 20 faiz ilkin ödənişlə lizinqə və ya 50 faiz ilkin ödənişlə kreditə almaq olar. Aylıq ödəmə 18 faiz təşkil edəcək.Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına cavab verir.BAKU.WS

Son xəbərlər